Ermənistanda “Araratsement” şirkətinin əməkdaşları tətil elan etdilər

15 Aprel 2019 12:21 (UTC+04:00)

Ermənistanda “Araratsement” şirkətinin əməkdaşları tətil elan edib.

Onlar müəssisənin bağlanmasına etiraz ediblər.

Qeyd edək ki, işçilərə aprelin 12-də şirkətin bağlanması ilə bağlı bidiriş göndərilib. Aprelin 15-də səhər saatlarında əməkdaşlar bildirişləri götürməkdən imtina ediblər.

“Araratsement”in direktorluğu bildirib ki, sementin istehsal dəyəri bahadır: “Biz İran istehsalı olan sementlə rəqabət apara bilmirik”.

Vurğulanıb ki, 2018-ci ildə Ermənistan 680 min tona yaxın sement istifadə edib. Bunun 512 min tonu ölkədə istehsal olunub, 168 min tonu isə ixrac edilib.(report.az)

AzNews.az