Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirilib - Yenilənib

15 Aprel 2019 14:21 (UTC+04:00)

Azərbaycan, Ermənistan, Rusiya XİN başçıları ilə Minsk qrupu həmsədrlərinin Moskva görüşü başa çatıb.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin və ATƏT-in Minsk qrupu həmsədrlərinin görüşlə bağlı birgə bəyanat yayacağı gözlənilir.

***
14:09

Moskvada Azərbaycan, Ermənistan və Rusiya XİN başçıları Elmar Məmmədyarov, Zöhrab Mnatsakanyan və Sergey Lavrov ilə ATƏT-in Minsk qrupu həmsədrləri İqor Popov (RF), Stefano Viskonti (Fransa), Andrü Şafer (ABŞ) arasında görüş keçirilir.

ATƏT-in fəaliyyətdəki sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin də iştirak etdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri müzakirə olunur.

***
12:36

Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Zöhrab Mnatsakanyan arasında görüş başlayıb.

Görüş Rusiya Xarici İşlər Nazirliyinin iqamətgahında keçirilir.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin xarici işlər naziri kimi, Rusiyanın XİN başçısı Sergey Lavrov da iştirak edir.(report.az)

AzNews.az