Hadisə aprelin 13-də saat 06 radələrində baş verib. Rusiya vətəndaşı, 1956-cı il təvəllüdlü Faxrəddin Qasımov qonaq gəldiyi qardaşı Mirzalının evində vəfat edib. Rayon prokurorluq əməkdaşları tərəfindən meyitə baxış keçirilib, ölüm səbəbinin müəyyən olunması üçün məhkəmə-tibb ekspertizası təyin edilib.
Mərhumun uzun müddətdir şəhər xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Qəbələ rayon prokurorluğunda araşdırma aparılır.(qafqazinfo.az)
AzNews.az