Azərbaycanlı samboçu erməniyə qalib gəldi - VİDEO

15 Aprel 2019 13:31 (UTC+04:00)

Kiprin Limasol şəhərində keçirilən sambo üzrə yeniyetmə və gənclərin Avropa çempionatı başa çatıb.

Azərbaycan dörd bürünc medal qazanıb.

Belə ki, yeniyetmələrdə Vilayət Bayramov (-62 kq), Mehman Mehdizadə (-57 kq), gənclərdə isə Sahib Babayev (-48 kq) və Toğrul Salmanov (+87 kq) üçüncü yerə çıxıb.