Kopenhagen polisi 23 nəfəri həbs etdi

15 Aprel 2019 13:37 (UTC+04:00)

Kopenhagen polisi sağçı radikal müxalifət tərəfindən təşkil edilmiş nümayişlər zamanı 23 nəfəri həbs edib.

Bu barədə şəhər polisinin "Twitter" səhifəsində qeyd edilib.

Sağçı radikallar partiyasının lideri Rasmus Paludan və onun tərəfdarları ötən gün paytaxt Kopenhagendə, əsasən müsəlmanların yaşadığı rayonların birində nümayiş keçirib. Sakinlər nümayişçilərə hücum edən zaman tərəflər arasında qarşıdurma başlayıb.

Bildirilir ki, polis gözyaşardıcı qazdan istifadə etmək məcburiyyətində qalıb.(ona.az)

AzNews.az