Məktəbdə bomba həyəcanı - 600 nəfər...

15 Aprel 2019 13:54 (UTC+04:00)

Rusiyanın Yekaterinburq şəhərində orta məktəb anonim zəngdən sonra təxliyyə olunub.

Məktəbdə bomba yerləşdirilməsi xəbərdarlığından sonra 32 müəllim və 568 şagird binadan çıxarılıb.

Aparılan axtarışlardan sonra zəngin əsassız olduğu müəyyən edilib.

Hazırda anonim zənglə bağlı araşdırmalar aparılır.(trend.az)

AzNews.az