“Medal Bakıdakından az olmamalıdır” - Lukaşenko

15 Aprel 2019 13:58 (UTC+04:00)

“Avropa Oyunları vaxtı dünya ictimaiyyətinin diqqəti bizə yönələcək. Vəzifəmiz təkcə oyunları ən yüksək səviyyədə keçirmək deyil”.

Bunu Belarusun prezidenti Aleksandr Lukaşenko deyib.

Belarus Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında çıxış edən qurum rəhbəri Minskdə baş tutacaq II Avropa Oyunları barədə danışıb: “Növbəti dəfə göstərməliyik ki, bizim torpaqda insanların həyatı və özünü təsdiqi üçün rahat, həmçinin az əhəmiyyət kəsb etməyən təhlükəsiz şərait yaradılıb. Hansı idman nəticələrinə çalışırıq? Oyunlar üçün medal planı ictimai şəkildə səsləndirilmir”.

Belarus Milli Olimpiya Komitəsinin prezidenti medal sayının 4 il əvvəl Bakıda keçirilən ilk Avropa Oyunları ilə müqayisədə az olmamalı olduğunu qeyd edib: “Buna baxmayaraq, vəzifə konkretdir: Bakıdakından az olmamalıdır. Təbii ki, bütün Belarus xalqının dəstəyi təmin olunacaq. Buna görə də bizim bu Oyunlarda pis çıxış etmək haqqımız yoxdur. İstərdim ki, bu tələb idmançı və məşqçilərə çatdırılsın”.

Qeyd edək ki, Belarus Bakıda 43 (10-11-22) medalla komanda sıralamasında 7-ci olub.(ona.az)

AzNews.az