Elşad Abdullayevin qızı erməniyə ərə gedib

15 Aprel 2019 14:02 (UTC+04:00)

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş korrupsioner rektoru, dələduz Elşad Abdullayevin qızı Aynur Abdullayeva erməni Artyom Xaçaturyan ilə ailə qurub.

Tr-nyheter.com saytı xəbər verir ki, cütlük 3 ildir evlidir və E.Abdullayevin qızı bu izdivacdan xoşbəxtdir.

Saytın yazdığına görə, onların bir oğlu var.

Tez-tez və dinc şəraitdə bir yerdə yaşamağın vacibliyinə toxunan A.Abdullayeva (Xaçaturyan) erməni və Azərbaycan mahnılarına oynayan erməni və azərbaycanlıların videosunu paylaşaraq qeyd edib: “Baxın, insanların dostluq və sülh içində yaşadığını öyrənin. Bunu millətçilər üçün paylaşıram”.

Qeyd edək ki, məlumatın orijinal variant ilə BURADAN tanış ola bilərsiniz.(ikisahil.az)

AzNews.az