Azərbaycanda ilk dəfə tele-opera çəkildi - FOTOLAR

15 Aprel 2019 14:05 (UTC+04:00)

Layihənin ideya müəllifi Azərbaycan televiziyası “Mədəniyyət” kanalının direktoru Ramil Qasımovdur.

Tamaşada baş rolları əməkdar artistlər Afaq Abbasova (Sevil), Ramil Qasımov (Balaş), İnarə Babayeva (Dilbər), Səbinə Vahabzadə (Gülüş), Cahangir Qurbanov (Babakişi), Əli İbrahimov (Atakişi), xalq artisti Əkrəm Poladov (Məmmədəlibəy), Fəhmin Əhmədov ifa ediblər.

R.Qasımov sözügedən layihənin həyata keçirilməsini mədəni sahədə böyük addım olduğunu bildirib: “Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli ədib və böyük dramaturq, Cəfər Cabbarlının 120 illik yubileyinin keçirilməsi haqqında, ölkə rəhbəri cənab prezident sərəncam verdi. Bu məqsədlə düşündük ki, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Fikrət Əmirov və Cəfər Cabbarlının “Sevil” operasını tele-opera şəkilində çəkib xalqımıza təqdim edək. Bu opera, müxtəlif illərdə bizim özünəməxsus sənətkarlarımız tərəfindən ifa olunub”.(qafqazinfo.az)




AzNews.az