Moskva görüşündə Ermənistanı Mnatsakanyanın müqəvvası təmsil edəcək

15 Aprel 2019 14:10 (UTC+04:00)

Moskvada Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü aprelin əvvəllərində keçirilməli idi. E.Məmmədyarov MDB üzv dövlətlərin Xİ nazirlərinin iclası çərcivəsində Moskvada idi. S.Lavrovla görüşdü, “lap yaxınlarda” üçtərəfli görüşün baş tutacağını bəyan etdi. “Lap yaxınlarda” termini göstərir ki, bu gün və ya sabah anlamında idi. Ermənistanın Xİ naziri Z.Mnatsakanyan MDB iclasında da iştirak etmədi. Efiopiya və Ruandada oldu. “Erməni soyqırımı” mövzusu Ermənistan üçün əhəmiyyət kəsb etmir. N.Paşinyan AŞPA-dakı çıxışında bircə kəlmə də olsun “erməni soyqırımı” barədə danışmadı. Mnatsakanyanın Efiopiya və Ruandaya səfərinə E.Məmmədyarovla görüşdən yayınmaq bəhanəsi kimi yanaşmaq daha düzgündür.

Z.Mnatsakanyanın görüşdən yayınmasının 2 səbəbi var:

Mnatsakanyan bilir ki, Dağlıq Qarabağın müstəqil olması və yaxud Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı deyilənlərin hamısı boş fikirlərdir. Ortada olan variant ətraf rayonların dərhal, Dağlıq Qarabağın özünün isə tədricən Azərbaycana qayıtması paradiqması üzərində qurulub. Z.Mnatsakanyan adını erməni tarixinə qara salmaq istəmir.

Buna görə Z.Mnatsakanyan Paşinyanla normal şəkildə heç bir məsələni müzakirə etmir. Bu vaxta qədər Dağlıq Qarabağ məsələsi ilə bağlı bütün vacibi məsələləri Paşinyana ya A.Kaspşik və yaxud Rusiya tərəfi çatdırıb.

Moskva görüşündə əldə olunan razılaşmaları Z.Mnatsakanyan N.Paşinyana çatdıra bilməyəcək. Ermənistan o görüşdə təmsil olunmalıdır deyə Z.Mnatsakanyan müqəvva kimi oturacaq. Bəzi məsələləri dəqiqləşdirməyi yəqin ki, rusiyalı həmsədr İ.Popov və yaxud Rusiyanın Xİ naziri S.Lavrov N.Paşinyanla elə görüşün gedişində dəqiqləşdirəcəklər.

Mübariz Əhmədoğlu,
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq