Abşeronda iki maşın toqquşdu - Ölən var

15 Aprel 2019 14:44 (UTC+04:00)

Abşeron rayonunun Qobu qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Aprelin 14-də saat 15 radələrində Bakı şəhər sakinləri Nazim Fərəcovun idarə etdiyi “VAZ-2107” və Mövləddin Qurbanməhəmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə N.Fərəcov hadisə yerində ölüb, digər sürücü xəstəxanaya yerləşdirilib.

Abşeron Polis İdarəsi tərəfindən araşdırma aparılır.

AzNews.az