Liviyada döyüşlər davam edir - 147 ölü, 614 yaralı

15 Aprel 2019 14:49 (UTC+04:00)

Liviyada hərbi fəaliyyətlərin gedişində ən azı 147 nəfər ölüb, 614 nəfər xəsarət alıb.

Ümumdünya Səhiyyə Təşkilatı Tripolidəki xəstəxanalara yardım üçün cərrahlardan ibarət komanda göndərib.

Liviyada ikihakimiyyətlilik davam edir. Aprelin 4-də Liviya ordusunun komandanı feldmarşal Xəlifə Haftar Tripoliyə hücum keçdiyini bəyan edib. Baş nazir Faiz Sarac nəzarətində olan bütün qoşun bölmələrinə müdafiəyə hazır olmaq əmri verib.

Hazırda döyüşlər davam edir.(trend.az)

AzNews.az