Nəsrin Cavadzadə yeni filmə çəkilir

15 Aprel 2019 15:31 (UTC+04:00)

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni filmə çəkilir.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, aktrisa yeni ekran işində tanınmış aktyor Alican Yücesoy ilə kamera qarşısına keçərək "Cemil Show" filmində çəkiləcək.

İstanbulda ərsəyə gələcək film üç həftə boyunca nümayiş ediləcək.

Film xarici festivallarda da göstəriləcək.

Nigar CƏFƏR

AzNews.az