Uşaq bağçasından 150 nəfər təxliyyə olundu

15 Aprel 2019 15:37 (UTC+04:00)

Rusiyanın Yekaterinburq şəhərində uşaq bağçasından 150 nəfər təxliyyə olunub.

Buna səbəb elektrik xətlərində yaranan tüstülənmə ilə əlaqədar həyəcan siqnalının işə düşməsi olub.

Qeyd olunur ki, təxliyyə olunanlardan 138-i uşaqdır. Xəsarət alanların olmadığı deyilir.

Tüstülənmənin qarşısı qısa müddətdə alınıb. Hadisə ilə bağlı araşdırma aparılır.(trend.az)

AzNews.az