Bu xalqa “Azəri” demək böyük cəhalətdir - İlber Ortaylı

15 Aprel 2019 15:43 (UTC+04:00)

Tanınmış türk tarixçisi, professor İlber Ortaylı aprel ayının 14-də Bakıda, Heydər Əliyev mərkəzində “Qafqaz tarixi” mövzusunda konfrans verib.

İ. Ortaylı qeyd edib ki, “Azərbaycanda yaşayan xalqa “azəri” demək böyük cəhalətdir. Azəri sözü əsla bu xalqa aid və onun keyfiyyətlərini ifadə edən bir etnik termin deyil. Bu xalqın adı türk xalqıdır, dili türkcədir. Həmçinin Azərbaycan türkcəsi ən ideal və əski türkcəyə ən yaxın dillərdən biridir. Bəs “Azəri” sözü nə zaman meydana gəlib? Tarixin hansısa bir dövründə azərbaycanlılar özlərinə “azəri” deyibmi? Əsla”.

İ. Ortaylının sözlərinə görə, tarixən azərbaycanlılar özlərinə türk deyib. Bu istər qədim dövlət başçılarının, şahların, istərsə də şairlərin fikirlərində açıq bir şəkildə qeyd edilib. “Azəri” sözünün meydana gəlişi əslində 1905-c ildə İranda baş verən inqilab zamanına təsadüf edir. İranda o dövr ən məşhur ictimai xadimlərdən biri, Təbrizli, əslən Azərbaycan türkü olan, hüquqşunas Seyid Əhməd Kövsəri idi. Kövsəri tam bir fars-pəhləvi dili aşiqi, fars tarixi şəxsiyyətlərinə və dövlətlərinə sempatiyası olan bir adam idi.

Kövsəri belə hesab edirdi ki, İranda yaşayan azərbaycanlıların özlərinə türk deməsi yalnışdır. Kövsəri buradakı azərbaycanlıların “azəri” xalqını təşkil etməsi və bu xalqın ayrı bir tarixi-etnik qrup kimi nəzərdən keçirilməsi ideyasını irəli sürən ilk şəxslərdən biri idi. Bu fikir əksər insanların cəhalətindən, coğrafiya və tarix bilgisizliyindən kütləvi yayılır və Sovet imperiyasının meydana gəlməsindən sonra xalqın ictimai fikrində “qəlibləşdirilir”. Bir daha qeyd etmək lazımdır ki, azərbaycanlılar azəri deyil, türkdürlər və onlar Qafqazın ən qədim sakinləridirlər.

"Bəs Azəri deyə bir tayfa, qövm varmı? Bəli, var. Azəri tayfaları Xəzər dənizinin İrana düşən hissəsində, dənizkənarı ərazidə yaşayan, təxminən 200-300 min nəfərdən ibarət bir etnik qrupa daxildir. Onların danışdığı dilin, Azərbaycıların danışdığı dillə qəti surətdə əlaqəsi yoxdur. Onlar qədim Sasanilərin işlətdiyi pəhləvi dilində danışır". deyə Ortaylı əlavə edib.

Qədim dövrlərdə, 20-ci əsrdən əvvəl istər cənubi, istər şimali Azərbaycanda yaşasın, isər alim, təbib, istər tacir, kəndli olsun, heç bir Azərbaycan türkü özünə “azəri” deməmişdir. Bu xalq hərzaman özünə “türkəm” deyib. Hələ 13-cü əsrdə dahi Nizami özünü türk şairi adlandırıb. 20-ci əsrdə də, Cəfər Cabbarlı, Hüseyn Cavid, Bəxtiyar Vahabzadə, Məhəmmədhüseyn Şəhriyar və digər Azərbaycanın görkəmli ədibləri əsla özlərinə azəri deməyib. Əksinə onlar daha çox türkcə yazıb yaradıblar. Hətta Hüseyn Cavidin şeir və poemalarında anadolu şivəsi aydın hiss edilir.

İ. Ortaylı qeyd edib ki, “Ermənilər urartuluları öz əcdadları hesab edirlər. Ermənilər Anadoluya qərbdən, Balkan yarımadasından gəliblər. Onların urartulularla bağlılığı yoxdur. Böyük ehtimalla urartuluların çeçenlərlə bağlılığı var. Lakin onların da Anadoludan Qafqaza, Qafqazdan Anadoluya getdikləri bəlli deyil. Ermənilər Qafqaza sonradan yerləşiblər. XVIII yüzilliyə qədər bu regionda erməni sayı olduqca az idi. Qafqazda ən hegemon etnos azərbaycan türkləri, ən hegomon dilsə şübhəsiz ki, türkcədir. Burada Oğuz ləhcəsi danışılır”. (ednews.net)

ilber ortaylı kafkaz tarihi konferansı ile ilgili görsel sonucu