Aktrisa ərinə söz atanlara belə cavab verdi

15 Aprel 2019 15:54 (UTC+04:00)

Türkiyəli məşhur aktrisa Pınar Altuğ izləyicilərinə sərt reaksiya verib.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, aktrisa İnstagram profilində həyat yoldaşı Yağmur Atacanın muqisi alətlərində ifa etməsini “Bizim evin bazar günləri” yazaraq paylaşıb.

Aktrisanın izləyicilərindən biri həmin paylaşıma “Uşaqdır da” rəyini yazıb. Aktrisa bu rəyə əsəbləşərək “Axmaqdır da” rəyini yazıb.

Qeyd edək ki, Pınar Altuğ həyat yoldaşı Yağmur Atacandan 9 yaş böyük olduğu üçün izləyiciləri tərəfindən belə rəylər tez-tez alır.

Nigar CƏFƏR

AzNews.az