Avropa Birliyi yeni müəllif hüquqları qaydalarına yaşıl işıq yandırdı

15 Aprel 2019 16:05 (UTC+04:00)

Avropa Birliyinə üzv ölkələr müəllif hüquqları qaydalarının yenilənməsi barədə qanunu təsdiqləyib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu haqda informasiyanı Avropa Şurası yayıb.

Qanuna görə sosial şəbəkələr Google kimi axtarış bölmələrində xəbərləri yaya bilmək üçün istehsalçılardan ödəniş qarşılığında lisenziya almalı olacaq.

Youtube başda olmaqla video paylaşım platformaları mülkiyyət haqlarını pozan postları sürətlə siləcək və paylaşım edənlərə daha çox pul ödəyəcək.

Google, Facebook və Twitter kimi digital platformalar müxtəlif vasitələrlə istifadəçilərin müəllif hüquqları qanunları ilə qorunan məhsulların yükləmələrinə əngəl olacaq.

İnternetdə zarafatyana yayılan video, foto və hərəkətli şəkillərə isə icazə veriləcək.

Qanunun AB-nin rəsmi qəzetində yayımlanmasından sonra üzv ölkələr 2 il ərzində yeni qaydaları tətbiq etməyə başlamalıdırlar.

Pərvanə Ağazadə

AzNews.az