İranda daha iki nəfər edam olundu

15 Aprel 2019 15:52 (UTC+04:00)

İranda narkotik maddələrin qaçaqmalçılığında və qətldə ittiham olunaraq ölümə məhkum edilən daha 2 nəfər edam edilib.

Edamlar 4 gün əvvəl baş versə də, bu barədə məlumat yeni yayılıb.

Məlumata görə, 5 il əvvəl Məşhəd şəhərində 11 kiloqramlıq narkotik maddə qaçaqmalçılığına görə həbs edilən məhkumlar Taha Şirdoxt və Kazım Minayi aprelin 11-də Adilabad həbsxanasının həyətində dara çəkiliblər.

Edam edilən şəxslərin məhkəmə prosesi barədə məlumat verilməyib.(teleqraf.com)

AzNews.az