Çində dəhşət - 10 nəfər diri-diri yandı

15 Aprel 2019 16:16 (UTC+04:00)

Çinin Şandun vilayətində dərman şirkətində baş verən yanğında ən azı 10 nəfər ölüb, 12 nəfər yaralanıb.

Bu barədə yerli hökumət məlumat yayıb.

Hələlik hadisənin baş vermə səbəbləri bilinmir.

Yaralılar xəstəxanalara çatdırılıblar.(AZƏRTAC)

AzNews.az