Kəramət Böyükçölü kafedə döydülər

15 Aprel 2019 17:06 (UTC+04:00)

Bu barədə dostu 1986-cı il təvəllüdlü Şamil Paşayev Yasamal rayon 28-ci polis bölməsinə ərizə ilə müraciət edib.

Belə ki, aprelin 11-i gənc yazıçı dostu Ş. Paşayevlə birgə Yasamal rayonunda yerləşən "Port Röyal" kafesində tanımadıqları 10 nəfərə yaxın şəxslə mübahisə edib. Bu zaman Kəramətlə dostunu xuliqanlıq zəminində döyərək xəsarət yetiriblər.

Faktla bağlı polis bölməsində araşdırma aparılır.(qafqazinfo.az)

AzNews.az