Gürcüstanın Azərbaycana borcu dəyişməyib

15 Aprel 2019 17:36 (UTC+04:00)

Bu il aprelin 1-nə Gürcüstanın Azərbaycana borcu 7,435 mln. ABŞ dolları təşkil edib.

Bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin aylıq hesabatında bildirilir.

Sənədə əsasən, bu rəqəm mart ayında dəyişməyib.

Gürcüstanın ümumi xarici dövlət borcu 5 388,974 mln. dollar təşkil edir. Bu məbləğin 5 222, 384 mln. dolları hökumətin payına düşür.

Qonşu ölkənin ən çox borcu olduğu ölkələr Almaniya (320,233 mln. dollar), Fransa (248,481 mln. dollar) və Yaponiyadır (212, 609 mln. dollar).

Gürcüstanın Türkiyə, Rusiya və Ermənistana olan borcu aylıq müqayisədə dəyişməz qalaraq, müvafiq olaraq 14, 273 mln. dollar, 58, 773 mln. dollar və 8, 305 mln. dollar təşkil edib.(report.az)

AzNews.az