Londonda iqlim dəyişikliyi ilə əlaqədar mitinq keçirildi

15 Aprel 2019 17:44 (UTC+04:00)

Bu gün Londonda iqlim dəyişikliyi ilə əlaqədar mitinq keçirilib.

Etirazçılar hökumətdən iqlim dəyişikliyinin qarşısını almaq üçün təcili tədbirlər görməyi tələb ediblər. Onlar mitinqin həftə içi davam edəcəyini açıqlayıblar.

Mitinq Londonun mərkəzi hissəsində nəqliyyatın hərəkətinə maneə törədib.

Qeyd edək ki, keçən il noyabr ayında iqlim dəyişikliyi ilə əlaqədar Londonda keçirilən mitinqdə 85 nəfər həbs edilmişdi.(AZƏRTAC)

AzNews.az