"Həmsədrlər yaxın vaxtlarda regiona səfər edəcəklər" - Elmar Məmmədyarov

15 Aprel 2019 18:33 (UTC+04:00)

"Bu yaxınlarda həmsədrlər öz aralarında görüş keçirəcəklər və növbəti görüşlə bağlı təkliflərini verəcəklər".

Bunu Moskvada Azərbaycan mediasına müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

“Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünə gəldikdə, öncə biz nazirlər yenidən görüşməliyik. Bu görüşdən sonra biz görsək ki, hansısa problemli məsələlər ortaya çıxır, o zaman ölkə rəhbərləri görüşəcəklər. Həmsədrlər çox güman ki, yaxın vaxtlarda regiona səfər edəcəklər", - deyə nazir qeyd edib. (ona.az)

AzNews.az