Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya ləğv olundu

15 Aprel 2019 20:57 (UTC+04:00)

Prezident İlham Əliyev “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 27 sentyabr tarixli 128 nömrəli fərmanının ləğvi haqqında fərman imzalayıb.

Fərman “Büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 411 nömrəli fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə imzalanıb.

AzNews.az