İstanbulda böyük uyuşdurucu əməliyyatı - Çox sayda şübhəli saxlanıldı

16 Aprel 2019 08:35 (UTC+04:00)

Türkiyənin İstanbul şəhərində keçirilən əməliyyat nəticəsində narkotik ticarəti ilə məşğul olduğu iddia edilən çox sayda şübhəli yaxalanıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Polis İdarəsi Narkotiklərə Qarşı Mübarizə Şöbəsinin nümayəndələri şəhərdə narkotik satıcısı olduğu iddia edilən şübhəlilərin ünvanlarında əməliyyat aparıb.

Özəl hərəkat polisinin də dəstək verdiyi əməliyyatda bir miqdar narkotik maddə ələ keçirilib. Çox sayda şübhəli saxlanılıb.

Bəzi şübhəlilər sağlamlıq yoxlamasından sonra izahat üçün İstanbul Polis İdarəsinə aparılıb.

Polis helikopterinin də yardım etdiyi əməliyyat işləri davam edir.

Pərvanə Ağazadə

AzNews.az