Yeni planetin varlığına dair sübutlar tapıldı

16 Aprel 2019 10:06 (UTC+04:00)

Alimlər Yer kürəsinə bənzəyən və “Proxima b”yə qonşu olan yeni planetın varlığına aid sübutlar tapıblar.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, İtaliyanın Torino universitetinin astronomu Mario Damasso və Yunanıstanın Girit universitetindən Fabio Del Sordo ABŞ-ın Kaliforniya universitetində təşkil olunan “Breakthrough Discuss” konfransında təqdimatları zamanı “Proxima c” adlandırdıqları planetə aid tapıntılarını paylaşıb.

Çilidə HARPS (High Accuracy Radial velocity Planet Searcher) qəbuledicisi ilə işləyən astronomlar Proksima Sentavrın ətrafındakı başqa planetin varlığına işarə edən kütlənin hərəkətinin qeydə alındığını deyib.

Alimlər sözü gedən hərəkətlərin "Proksima b"yə qonşu planetin olduğunu vurğulayıblar.

Damasso qeyd edib ki, "Proksima c" adı verilməli olan planet hələlik başqa bir planetin namizədidir.

Dünyaya 4.24 işıq ili uzaqlıqda olan Sentavr ulduzları içində yer alan Proxima Sentavr ulduzu 1915-ci ildə İsveç astronomu Robert İnnes tərəfindən kəşf edilib.

Xatırladaq ki, 2016-cı ildə ulduzları incələyən astronomlar indiyə kimi Yer kürəsinə ən çox bənzəyən göy cisminə "Proksima b" adını verib.

Pərvanə Ağazadə

AzNews.az