Çində 17 min illik saxsı qabın parçası tapıldı

16 Aprel 2019 09:16 (UTC+04:00)

Çin arxeoloqları ölkənin cənubundakı Quandun vilayətində təxminən 17 min il əvvələ aid olduğu güman edilən saxsı qabın hissəsini tapıblar.

Paleolit dövrünə aid saxsı qabın bir hissəsi İnde şəhəri ərazisindəki Çintan xarabalıqlarından tapılıb. Bu, Çində ilk saxsı qabın məhz ölkənin cənub hissəsində istifadə olunduğunu göstərir.

Bildirilir ki, 2016-cı ildən bəri Çintan xarabalıqlarında 10 mindən çox qədim əşya və ya onların hissələri, habelə insan sümüyü tapılıb. Bundan başqa, ərazidə yemək bişirmək və saxlamaq üçün xüsusi yerlər aşkarlayıblar.

Çintan xarabalıqlarından tapılanlar Çinin 10 ən vacib arxeoloji tapıntıları sırasına daxil edilib.(AZƏRTAC)

AzNews.az