Uilyam Şekspirin Londonda yaşadığı ev tapıldı

16 Aprel 2019 09:29 (UTC+04:00)

İngilis şairi, yazıçısı və aktyoru Uilyam Şekspirin Londonda yaşadığı ev tapılıb.

Yazıçı məşhur “Romeo və Cülyetta” əsərini bu evdə yazıb.

Teatr tarixçisi Cefri Marş yazıçının 1590-cı illərdə yaşadığı evi tapmaq üçün rəsmi qeydlər və vergi sənədləri üzərində araşdırma aparıb. Bu araşdırmalar nəticəsində tarixçi Şekspirin Londonun mərkəzi olan Liverpul küçəsində yaşadığını dəqiqləşdirib.

Cefri Marş deyib: “Şekspirin Londonda yaşadığı yer bizə onun işi və həyatı üçün ilham verən daha dərin məlumatlar verir”.

Qeyd edək ki, yazıçının yaşadığı yerin tapılmasında 1597-1598-ci illərdə ödədiyi vergi qeydlərinin böyük rolu olub.(AZƏRTAC)

AzNews.az