Daha bir məbəddən qara xəbər - Bu dəfə Məscidül Əqsada yanğın oldu

16 Aprel 2019 10:21 (UTC+04:00)

İşğal altında olan Şərqi Qüdsdə yerləşən Məscidül Əqsada təhlükəsizlik kabinetində yanğın olub.

AzNews.az xəbər verir ki, bu haqda informasiyanı Qüds İslam Vəqfləri İdarəsi yayıb.

Məlumata görə, Məscidül Əqsanın cənub qərb hissəsində olan Mervani Məscidi bölgəsindəki kabinetdə axşam saatlarında uşaqların səbəb olduğu kiçik yanğın baş verib.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Fələstin prezidenti Mahmud Abbas Fələstinin rəsmi xəbər agentliyi olan WAFA-ya deyib ki, Məscidül Əqsa həm İslam dünyası, həm də insanlıq üçün böyük dəyərdir və ona sahib çıxılmalıdır.

Pərvanə Ağazadə

AzNews.az