“Taxt oyunları” serialı rekord vurdu - VİDEO

16 Aprel 2019 09:40 (UTC+04:00)

“Taxt oyunları” serialının final mövsümünün ilk epizodu ABŞ-da baxış sayı üzrə rekorda imza atıb.

Açılış seriyasını təkcə Birləşmiş Ştatlar hüdudlarında 17 milyondan çox insan izləyib.

HBO bunun fentezi serialının tək epizodu üçün tarixi rekord olduğunu iddia edir.

Həmçinin, telekanalın xəbərinə görə, “Taxt oyunları”nın sonuncu mövsümü sosial şəbəkələrdə ən çox müzakirə olunan mövsüm olub. Belə ki, həftəsonu seriala beş milyondan çox tvit həsr olunub.(oxu.az)

AzNews.az