Tramp Ərdoğanın kürəkəni ilə görüşdü

16 Aprel 2019 09:45 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp Ağ evdə Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrakı qəbul edib.

Türkiyənin NTV telekanalı xəbər verir ki, görüşdə Suriyadakı vəziyyət, Türkiyənin Rusiyadan aldığı “S-400” zenit-raket kompleksi də daxil olmaqla ikitərəfli münasibətlərə dair bir sıra mövzular, o cümlədən iki ölkə arasında ticarət dövriyyəsinin 75 milyard dollara çatdırılması məsələsi müzakirə olunub.

Nazir rəsmi Ankaranın Rusiyadan aldığı “S-400”ə dair müzakirənin müsbət keçdiyini vurğulayıb.

“Prezidentimizin (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan- red.) bəzi ismarıcları var idi, onları ABŞ Prezidentinə çatdırdıq”, - deyə B.Albayrak vurğulayıb.

B.Albayrak yaxın zamanda Donald Trampla Rəcəb Tayyib Ərdoğan arasında görüşün keçirilə biləcəyini də bildirib.

Qeyd edək ki, B.Albayrak Beynəlxalq Valyuta Fondu - Dünya Bankı və “Böyük-20”-nin (G-20) toplantılarına qatılmaq üçün ABŞ-da səfərdə olub. D.Trampla görüş bu toplantılar çərçivəsində keçirilib.(report.az)

AzNews.az