Çavuşoğludan “Notr-Dam” mesajı

16 Aprel 2019 10:12 (UTC+04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fransanın paytaxtı Parisdə Notr-Damda baş verən yanğınla bağlı sosial media hesabında paylaşım edib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, nazir “Dünya mirasına aid bu şah əsərinin dağılması bütün insanlıq üçün böyük fəlakətdir” deyib.

O, paylaşdığı mesajında yanğını böyük kədərlə izlədiyini qeyd edib.

Pərvanə Ağazadə

AzNews.az