Rəşad İlyasov Nuranın ittihamına, Rüfətin isə söyüşünə görün necə cavab verdi

16 Aprel 2019 10:32 (UTC+04:00)

Əməkdar artist Rəşad İlyasov müğənni Nura Suri ilə yaşanan problemə ilk dəfə münasibət bildirib.

Rəşad İlyasov AzNews.az-ın suallarını cavablandırıb.

- Rəşad bəy, Nura Suri məclislərin birində sizin səs rejissorunuzun onun mahnısını kəsdirməkdə günahlandırıb. Bu ittihamla razısınız?

- Nura xanımın sosial şəbəkədə səs rejissorum haqqında yazdığı statusu oxudum, amma başa düşə bilmədim. Nəinki Nura xanımla, heç bir sənət dostumla bu problem yaşana bilməz. Gözünüzün qabağında böyüyən, inkişaf edən adamam. Nura xanımla məclislərin birində iştirak etdik. O, oxuyan zaman ilk öncə nə baş verdiyini anlamadım. Nuranın bir dəfə mahnısı kəsildi, ikinci dəfə isə kəsiləndə problem olduğunu düşündüm. Kömək etmək üçün Nura xanıma yaxınlaşan zaman bəyin anası gəldi və mənə dedi ki, problem var, bəlkə yardım edəsiz. Sənət dostumdur və heç vaxt darda qoymaram.

Səs rejissorum dedi ki, disk işləmir. Nuraya dedim ki, bir-iki mahnı canlı oxuyaq. Camaat da səhnədə bizi gözləyir. Birlikdə oxuduq və ifamız pis alınmadı. Camaat da rəqs elədi. Musiqiçilər gözəl müşayiət etdilər. Hətta musiqini Nura xanımın fonoqramı bitən tonda ifa etdilər. Mənə elə gəlir ki, pis alınmadı. Nura məkanı tərk edəndə qonaqlardan sənət dostumuz üçün alqış istədim. Və zarafatla dedim ki, ekspront oxuduq, necədi? Nura isə mahnını məşq etsək, daha yaxşı olardı, deyə cavab verdi. Məkandan çıxandan sonra isə səs rejissorum haqqında belə bir məlumat yaydı. Mən Azərbaycanın əməkdar artistiyəm. Nəinki o xanımla, heç bir sənət dostumla belə problem yaşana bilməz. Kimdənsə xoşum gəlməyib, amma ona bildirməmişəm. Sadəcə olaraq həmin şəxsi övladımın ad gününə, tədbirimə, konsertimə dəvət etmərəm. Bir dəfə xoşuma gəlməyən biriylə eyni məclisdə iştirak edirdik. Səhnədə mənə dedilər ki, onun çıxışıdır. Tərəddüd etmədən onu təqdim elədim. Heç bir insana nə isə etməyə ixtiyarım yoxdur.

Səs rejossoruma dedim ki, nə məsələdir? Nura xanım incik gedib. Səs rejissorum dedi ki, səsdə problem var idi. Mənə mini diski gətirdilər, aparata saldım, error verdi. Diski çıxardım və dedim ki, bu, bizi yarıyolda qoyacaq. Dedilər ki, problem yoxdur, bu, bizlikdir. Dedim ki, aypəd verək və mahnını elə ifa edin. Nura xanımın köməkçisi mahnı adla olmadığına görə aypədlə fonoqrama oxuya bilməyəcəyini açıqlayıb. Mənim 44 yaşım var və bu yaşa qədər heç kimə belə bir hərəkət etməmişəmsə, bundan sonra da da etmərəm. Orada musiqiçilər var idi. Problem yaşanan zaman necə istəyir, canlı oxuyardı.

- Nura xanıma kömək göstərdiyinizə görə peşman oldunuz?

- Hərdən deyirəm ki, heç kimə kömək etməyəcəm. Amma bu dəfə isə deyəcəkdilər ki, kənarda oturdu və kömək etmədi. Yardım etməyə çalışdım və bu da belə qarşılandı. Fonoqrama donan zaman canlı oxuyardı. O qədər aparatura var idi. Şadlıq sarayına ən gözəl aparatlar gətizdirmişəm. Elə alınıbsa, bu, onun problemidir. Hər zaman Nura xanımın açıqlamalarını maraqla oxumuşam. Çünki doğruları söyləyir. Amma bu işdə texniki problem idi.

- Rəşad bəy, "Space" TV -də baş verən problem haqda nə deyə bilərsiniz?

- Belə halın yaşanmasına görə xəcalət çəkirəm. İnsanlardan üzr istəyirəm. Bu haqda Rüfət özü də açıqlama verdi. Gərək belə bir hal yaşanmazdı.

Rəqsanə

AzNews.az