Uşağını döyən ata polisə aparıldı - Yasamal RİH-dən açıqlama

16 Aprel 2019 10:59 (UTC+04:00)

Bakıda 9 yaşlı uşağına zorakılıq edən ata polis şöbəsinə aparılıb.

Bu barədə AzNews.az-a Yasamal rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumata görə, uşağını döyən ata hazırda Yasamal rayon polis idarəsinin təhqiqat şöbəsindədir:

“Sözü gedən olayla bağlı məktəb rəhbərliyi tərəfindən quruma müraciət edilib. İcra hakimiyyəti də həmin müraciəti araşdırıb. Məlum olub ki, uşaq atası tərəfindən döyülüb”.

Qeyd edək ki, Bakıda 158 nömrəli tam orta məktəbin 3-cu sinif şagirdi döyülüb. Araşdırma zamanı uşağın atası tərəfindən döyüldüyü üzə çıxıb.

Bahar RÜSTƏMLİ

AzNews.az