Məşhur milyarder Notr-Damın bərpasına 100 milyon avro ayırdı

16 Aprel 2019 10:56 (UTC+04:00)

Fransız milyarder Fransua-Anri Pino dünən axşam saatlarında yanan tarixi Notr-Dam kilsəsinin bərpasına 100 milyon avro (113 milyon dollar) ayırıb.

“NDTV” portalının verdiyi xəbərə görə, “Kerinq” şirkətinin sədri və baş icraçı direktoru, “Gucci”, “Balenciaga”, “Yves Saint Laurent” və digər tanınmış brendlərin rəhbəri kilsənin bərpasına ailəsinə məxsus “Artemis” investisiya şirkəti tərəfindən maliyyə ayırıb.(qafqazinfo.az)

AzNews.az