Müğənni Rüfət Axundov əməkdar artist Rəşad İlyasov ilə birlikdə “Space” kanalında işlətdikləri qeyri-etik söz haqda yaşanan problemlə bağlı AzNews.az-a danışıb.
O, "Bu haqda geniş açıqlama vermədiniz. Hazırda vəziyyət necədir?" sualına belə cavab verib:
"Problem artıq həll edilib. Xalqın gözü tərəzidir. Mən bu vaxta qədər Azərbaycanın çörəyi ilə böyümüşəm. Azərbaycan xalqına minnətdaram. Əgər səhvim varsa, xalqımdan üzr istəməyə hazıram".
Rüfət Axundov işlətdiyi qeyri-etik sözə görə monitorinq aparan MTRŞ-a təşəkkür edib:
"Yenə deyirəm, mənim bir günahım varsa, hər kəsdən üzr istəyirəm".
Müğənni ona qoyulan efir qadağasına da münasibət bildirib:
"Mənə qarşı televiziyalarda qadağa yoxdur"
Rəqsanə
AzNews.az