Bakıda aptekdən 60 min manat oğurlandı

16 Aprel 2019 11:02 (UTC+04:00)

Bakıda aptekdən 60 min manat oğurlanıb.

Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində yerləşən K.İsgəndərova məxsus aptekdən oğurluq edilib.

Naməlum şəxs aptekdəki seyfləri qıraraq 60 min manat pul oğurlayıb.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az