Belçikadan üç azərbaycanlı ailə deportasiya olundu

16 Aprel 2019 11:26 (UTC+04:00)

Belçika Krallığında üç azərbaycanlı ailə miqrasiya ilə bağlı saxta sənədləşdirmə ittihamı ilə ölkədən deportasiya olunublar.

Azərbaycan əsilli Ağayev Nemət (3 nəfər), Nisanov Avram (3 nəfər) və Məmmədov Şirinə məxsus ailələr ölkədən çıxarılıblar.

Ailələrdən biri Rusiya, digər ikisi isə Ukrayna vətəndaşıdır.

Azərbaycanlı ailələr vətəndaşları olduqları ölkələrə göndəriliblər.(report.az)

AzNews.az