Lukaşenko Türkiyəyə getdi

16 Aprel 2019 11:30 (UTC+04:00)

A.Lukaşenko səfəri zamanı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Qeyd olunur ki, tərəflər arasında həm təkbətək, həm də geniş tərkibdə görüşlər keçiriləcək.

Görüşlər zamanı siyasi, ticari-iqtisadi əməkdaşlığın inkişafı kimi məsələlər müzakirə olunacaq.

Eyni zamanda Ankaraya İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də səfər edəcək.

İranlı nazir səfər zamanı regional məsələləri, eləcə də ikitərəfli əməkdaşlığı müzakirə edəcək.(trend.az)

AzNews.az