Məxfi şahidlik edən prokuror saxlanıldı

16 Aprel 2019 11:35 (UTC+04:00)

Ergenekon prosesində “Efe” adı ilə məxfi şahidlik edən prokuror Bayram Bozqurd Şimali Makedoniyadan Serbiyaya saxta pasportla gedərkən saxlanılıb.

FETÖ-çü olan sabiq prokurorun üzərində Levent Öz adına saxta diplomatik pasport olub.

Hazırda Bayram Bozqurd Şimali Makedoniyanın paytaxtında həbsdədir. Onun Türkiyəyə ekstradisiya edilib-edilməyəcəyi hələlik bəlli deyil.

Xatırladaq ki, “Efe” adı ilə gizli saxta şahidlik edən Bayram Bozqurd dönəmin Ərzincanın üzrə məşhur prokuroru İlhan Cihanerin həbsinə səbəb olmuşdu.(teleqraf.com)

AzNews.az