Rəşad İlyasovun AzTV-də verilişinin yayımı dayandırıldı - Rəsmi

16 Aprel 2019 12:00 (UTC+04:00)

Əməkdar artist Rəşad İlyasovun Azərbaycan Dövlət Televiziyasında (AzTV-də) yayımlanan “Yaradanlar və yaşadanlar” adlı verilişinin yayımı dayandırılıb.

Buna səbəb ifaçının Rüfət Axundovla birlikdə “Space” kanalında səsləndirdiyi mahnıda qeyri-etik sözləri təkrar etməsi olub.

AzTV-nin nəzdində yaradılan Bədii Şuranın üzvü, xalq artisti Mübariz Tağıyev AzNews.az-a açıqlamasında bu haqda məlumat verib:

“Məsələ haqda Milli Televiziya və Radio Şurasında iclas keçirildi. İclasın qərarına əsasən “Yaradanlar və Yaşadanlar” verilişinin yayımına altı ay qadağa qoyuldu”.

Rəqsanə

AzNews.az