Meksikada aşkarlanan gizli məzarlıqlarda 45 cəsəd tapıldı

16 Aprel 2019 13:21 (UTC+04:00)

Meksikanın Sonora və Calisko əyalətlərində aşkarlanan gizli məzarlıqlarda 45 cəsəd tapılıb.

Cəsədlərin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün işlərə başlanılıb.

Qeyd edək ki, bu il fevralın 13-də Meksikanın Kolima əyalətinin Santa Rosa qəsəbəsində aşkarlanan gizli məzarlarda əlli cəsəd tapılmışdı.

Meksika Daxili İşlər Nazirliyinin açıqlamasında 2018-ci ilin ilk altı ayında ölkədə 15973 cinayətin törədildiyi, bu rəqəmin əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16 faiz artığı bildirilmişdi. Ölkənin İctimai Təhlükəsizlik Şurasının və Cəza Məhkəmə İdarəsinin 2017-ci il üzrə hesabatına görə, dünyanın ən təhlükəli 10 şəhərindən beşi Meksikada yerləşir.(AZƏRTAC)

AzNews.az