Notr-Dam kilsəsinin əsas strukturu xilas edilib - Nazir

16 Aprel 2019 13:33 (UTC+04:00)

Notr-Dam kilsəsinin əsas strukturu xilas edilib, amma vəziyyət həddən artıq mürəkkəbdir.

Bunu Fransanın mədəniyyət naziri Frank Riester deyib.

O bildirib ki, gecə kilsənin damının üçdə iki hissəsi yanıb, bəzi hissələri tamamilə dağılıb.

Qeyd edək ki, Fransanın paytaxtı Parisin Notr-Dam kilsəsində güclü yanğın olub.

Yanğının söndürülməsində yüzlərlə yanğınsöndürən iştirak edib.

Binanın böyük hissəsi dağılıb.(trend.az)

AzNews.az