Rusiyada ac qalan ayı şəhəri dolaşdı

16 Aprel 2019 15:21 (UTC+04:00)

Rusiyanın Arxangelsk vilayətində ac qalan ayı şəhərdə dolaşıb.

AzNews.az xəbər verir ki, hadisə vilayətin Beluşya Quba bölgəsində qeydə alınıb.

Belə ki, soyuq hava şəraitinə görə ac qalan qütb ayısı şəhərə enərək zibil qablarında yemək axtarıb.

Ayının zibil qabını qarışdırdığı anlar isə telefon vasitəsilə çəkilərək sosial şəbəkələrdə paylaşılıb.

Pərvanə Ağazadə

AzNews.az