Makron Notr-Dama görə satirik jurnalın hədəfi oldu

16 Aprel 2019 15:46 (UTC+04:00)

Fransanın məşhur həftəlik satirik jurnalı “Charlie Hebdo”nun 16 aprel buraxılışı Notr-Dam kilsəsində baş verən yanğına həsr olunub.

Karikaturada Emmanuel Makronun prezidentliyi dövründə Fransanın ağır iqtisadi vəziyyəti xatırladılıb.

Örtük qabığında “islahatlar” sözü yazılıb və başında kilsə yanan Makron təsvir edilib. Fransız lider deyir: “Mən dayaq konstruksiyalara başlayacam”.

Qeyd edək ki, aprelin 15-də saat 18:50-də baş vermiş güclü yanğın nəticəsində Notr-Dam kilsəsinin böyük hissəsi dağılıb. Hadisə zamanı iki polis və bir yanğınsöndürən yüngül xəsarət alıb.

E. Makron kilsənin bərpası üçün ən yaxşı restavratorların cəlb ediləcəyini söyləyib. Ekspertlərin fikrincə, bu proses 5 ildən bir neçə on illiyə qədər davam edə bilər.(qafqazinfo.az)

AzNews.az