Zelenski Poroşenko ilə aralarında olan səs fərqini daha artırdı

16 Aprel 2019 16:35 (UTC+04:00)

Ukraynada aparılmış sonuncu sorğuya əsasən prezidentliyə namizəd Vladimir Zelenski hazırki prezident Pyotr Poroşenko ilə aralarında olan səs fərqini daha artırıb.

“Ukrainskaya pravda”nın verdiyi xəbər görə, sorğu Kiyev Beynəlxalq Sosiologiya İnstitutu tərəfindən aparılıb.

Sorğuya əsasən, ikinci turda seçicilərin 72,2 faizi V.Zelenskiyə, 25,4 faizi P.Poroşenkoya səs verməyi düşünür.

Bu rəqəmlər seçkilərdə iştirak edəcək və səs verəcək vətəndaşlarla bağlıdır. 17.9 faiz seçici hələlik səslərini verəcəkləri namizədi müəyyənləşdirməyiblər.

Sorğu aprelin 9-dan 14-nə kimi aparılıb. Ukraynanın müxtəlif bölgələrindəki 129 yaşayış məntəqələrində 2004 şəxs sorğuya cəlb edilib.

Ukraynada prezident seçkilərinin ikinci mərhələsi aprelin 21-də keçiriləcək.(ona.az)

AzNews.az