Bakıda 9 mərtəbəli binada yanğın

16 Aprel 2019 17:06 (UTC+04:00)

Bakı şəhərində yanğın hadisəsi baş verib.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 2 otaqlı mənzildə qeydə alınıb.

Yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 6 m² sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzNews.az