Azərbaycanlı hakimi təhqir edən ukraynalı futbolçu cəzalandırıldı

16 Aprel 2019 17:11 (UTC+04:00)

Toplantıda Premyer Liqanın XXIV turunda baş vermiş neqativ hallara hüquqi qiymət verilib.

“Sabah”la oyunda dörd futbolçusu sarı vərəqə alan “Qarabağ” 800 manat cərimə olunub.

“Səbail”lə görüşdə dörd oyunçusu sarı vərəqə alan “Neftçi” də eyni formada cərimələnib.

Qarşılaşma başa çatdıqdan sonra “Səbail”in ukraynalı qapıçısı Aleksandr Rıbka ikinci sarı vərəqə aldıqdan sonra təhqiredici ifadələr işlətdiyinə görə üç oyunluq cəzalanıb, klubunu 1600 manat xərcə salıb. Futbolçuya verilmiş üç oyunluq cəzanın ikisi şərti cəza kimi tətbiq edilib və altı ay sınaq müddəti verilib. Sınaq müddəti ərzində yenidən cəzalanacağı təqdirdə, sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.

“Keşlə” – “Qəbələ” matçının sonlarında isə qonaqların məşqçisi Elmar Baxşıyev hakimə qarşı kəskin etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırılıb. O buna görə bir oyunluq cəzalanıb, klub 800 manat cərimə olunub.(oxu.az)

AzNews.az