Rusiya Sudanın yeni hökumətini tanıdı

16 Aprel 2019 17:22 (UTC+04:00)

“TASS” agentliyinin verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, XİN rəhbərinin müavini Mixail Boqdanov bildirib.

Xatırladaq ki, 4 aydır Sudanda davam edən kütləvi nümayişlərdən sonra aprelin 11-də hərbi çevriliş olub. 30 ildir hakimiyyətdə olan prezident Ömər əl-Bəşiri istefa verib.

Prezidentin taleyi bugünə qədər naməlum qalıb. Onun ev həbsinə məhkum edildiyi haqda məlumat yayılıb.

Bundan başqa, prezidentin 100-ə yaxın adamı həbs olunub.(qafqazinfo.az)

AzNews.az