Abşeronda iki avtomobil toqquşdu: xəsarət alanlar var

16 Aprel 2019 18:45 (UTC+04:00)

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Rayonun Ceyranbatan qəsəbəsində iki avtomobil toqquşub. Qəza nəticəsində 1971-ci il təvəllüdlü Ələkbərov Vüqar Abuzər oğlu və Mehdiyev Ruslan Babək oğlu xəsarət alıblar.

Yaralılar Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. (ona.az)

AzNews.az